28 Avqust 2014 13:20
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pedaqoji işçilərin 2 gün konfransı keçirilsin”

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.

Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.

NİGAR


Müəllif:

Oxşar xəbərlər