19 Yanvar 2019 10:58
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluğa görə axtarışda olan şəxs Qubada tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Quba Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Nəticədə rayonun Zərdabi qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olan Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.


Müəllif: Teleqraf.com