19 Yanvar 2019 20:19
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayınu Seyfəli kənd şəhidlər xiyabanında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair İradə Aytelin “Seyfəli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Seyfəli kənd rəsmiləri ilə yanaşı, pedaqoji kollektiv, şəhid ailələri və kənd sakinləri iştirak edib.

Tədbirin sonunda “Seyfəli şəhidləri” kitabı şəhid ailələrinə hədiyyə edilib.

Mərasim 20 Yanvar və Qarabağ döyüşlərinin şəhidlərinə həsr olunub.

Qeyd edək ki, kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Şəmkir rayonunun şəhidlərindən bəhs edən publisistik yazılardan ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu