28 Avqust 2014 14:06
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin avqust ayının 30-da Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcək. Nazir Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.


Müəllif:

Oxşar xəbərlər