20 Yanvar 2019 16:59
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keyfiyyətsiz qidalar sadəcə ləzzət baxımından deyil, sağlamlıq problemlərinə də səbəb ola bilər. Buna görə də qidaların təzə və keyfiyyətli olmağı önəmlidir. Bəs bu necə anlamaq mümkündür?

Teleqraf.com bəzi qidaların yaxşısını seçmək yolunu təqdim edir.

Yumurtanı necə seçmək lazımdır?

Sadə bir test ilə yumurtanın təzə olub-olmadığına nəzarət etmək mümkündür. Bunun üçün bir stəkan suya yumurta qoyun. Əgər yumurta suyun dibinə batıb, yan yatırsa təzədir. Ancaq yumurta başqa cür durursa təxminən 1-2 həftəlikdir. Əgər yumurta suyun üstünə çıxırsa yemək üçün olduqca köhnədir. Yumurtalar təzəliyini itirdikcə daha artıq hava girir.

Şokoladın keyfiyyətini necə anlamaq olar?

Bəzi istehsalçılar öz istehsal etdikləri şokoladın gerçək tərkibi haqqında yalan söyləyə bilərlər. Bunu anlamaq üçün şokoladı əlinizə alın və qırın. Qırarkən yüksək bir səs eşidirsinizsə, bu şokoladda yüksək kakao yağı vardır. Daha az kakao olan şokoladı qıran zaman isə yumşaq və aşağı səs çıxır.

Bananı necə seçmək lazımdır?

Orqanik və orqanik olmayan banan arasında əsas fərq onların yetişdirilməsi zamanı sintetik gübrələr və həşərat öldürücülərdən istifadə edilməsidir. Bir çox insan orqanik olaraq satılan bananların daha asan çürüməyə başladığından xəbərdar olur.

Bananları seçərkən boz rənglərdən uzaq durun. Bu bananlar ləzzətli deyil və rəngləri yetişmədiyi və ya uzun müddət düzgün saxlanmadığı anlamına gəlir. Canlı sarı rəngli bananları seçin. Üzərində xallar olan banandan uzaq durmayın.

Bəs quru meyvələrin keyfiyyətini necə anlamaq olar?

Bəzi istehsalçılar qurudulmuş meyvələri daha təbii göstərmək və görünüşünü parlaq etmək üçün qoruyucu maddələr əlavə edə bilərlər. Belə meyvə quruları isə sağlamlığınız üçün təhlükəli turşu tərkiblidir. Bunun qarşısını almaq üçün parlaq olanları yox, təbii qəhvə rəngli və ya boz rəngli qurudulmuş meyvələri seçin.


Müəllif: Aytən