20 Yanvar 2019 17:31
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səyahət edən insanlarda tez-tez ortaya çıxan və el arasında “maşın tutması” kimi tanınan ürək bulanması, qusma, baş gicəllənməsi şəklində özünü göstərən problemlər əslində başqa bir xəstəliyin xəbərçisi ola bilər.

Teleqraf.com xəbər verir ki, həkimlərin fikrincə, bu, göz xəstəliklərinin də əlamətidir.

Mərkəzi sinir sistemi bədənin tarazlıq reseptorlarından bir- biri ilə uyğunlaşmayan xəbər alanda anlaşılmazlıq meydana gəlir. Misal üçün siz bir maşında gedərkən, şüursuz şəkildə hərəkət edirsiniz. Gözləriniz bu hərəkəti başa düşür, amma şüursuz hərəkət etdiyiniz üçün iç qulaq bunu anlamır və tarazlıq resperatorları arasında uyğunluq baş tutmur.

Bu isə göz xəstəliyi və zəifliyi olan insanlar arasında daha şiddətli və sıx şəkildə özünü göstərə bilər.

Yol gedənlərin təxminən 30 faizində rast gəlinən bu hərəkət xəstəliyinin konkret müalicəsi olmasa da, səyahət qabağı və ya səyahət vaxtı bəzi tədbirlərlə özünüzü normal hiss edə bilərsiniz.

Bundan başqa, göz müayinələri də elətdirmək lazımdır.


Müəllif: Aytən