21 Yanvar 2019 11:56
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

H.Z.Tağıyev qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata gör, Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.


Müəllif: Aytən