21 Yanvar 2019 16:40
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara xəbərdarlıq edib.

Agentlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur:
“Eyni zamanda, piyadalardan xahiş edirik ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər”.


Müəllif: Aytən