21 Yanvar 2019 17:25
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimova haqqında Azərbaycan dilində Vikipediyadakı məlumat 8 dilə tərcümə olunub.

Kitabxanadan Teleqraf.com-a bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdindəki Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Ukrayna, ingilis, ispan, türk, italyan, yunan, rus, alman dillərində olan vikipediyalarda bəstəkar haqqında məqalələr yaradılıb.

Məqalələrdə görkəmli sənətkarın həyatı, yaradıcılığı, əsərləri barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, yanvarın 10-u bəstəkarın doğum günü idi.


Müəllif: Aytən