21 Yanvar 2019 17:46
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın “donuz qripi”ndən ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.

adı açıqlanmayan həmin qadının bu yaxınlarda ana olduğu bildirilir.

Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb.


Müəllif: Teleqraf.com