21 Yanvar 2019 17:53
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9974578 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.


Müəllif: Teleqraf.com