22 Yanvar 2019 00:45
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Güzəştli mənzillər"in seçilməsi daha da asanlaşdı.

Prezident İlham Əliyev yanvarın 14-də imzaladığı fərmanla "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişikliklər edib.

Yeniliklərdən biri "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik sayəsində vətəndaşlar agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edə biləcək. Bu da onların mənzil seçimini və əldə edilməsini rahatlaşdıracaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova bildirib ki, digər yeniliyə görə, "Güzəştli mənzil" sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Nəticədə də imtina edilən mənzilə digər şəxslərin sahib olmaq şansı yaranır.

Digər yenilik isə mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçündür. Həmin vətəndaşlar üçün ayrıca satış elanı veriləcək. Yeniliklər bu il may ayından etibarən tətbiq ediləcək.


Müəllif: Teleqraf.com