22 Yanvar 2019 17:07
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

"Ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək", - deyə, nazirliyin məlumatında bildirilib..


Müəllif: Teleqraf.com