23 Yanvar 2019 12:10
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir qrup insan gecə-gündüz erməni dostluğundan danışır. Onlara məsləhət görərdim ki, “Azərbaycan-Ermənistan arasında dostluq münasibətləri ola bilərmi?” sualı ilə bağlı Azərbaycanda və Ermənistanda keçirilən sorğulara diqqətlə baxsınlar. Hər iki ölkə ictimaiyyəti bu məsələdə özlərinin kəskin münasibətini bildirib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi-alim Dilavər Əzimli deyib.

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti işğal altında olan torpaqlarımızın silah gücü ilə qaytarılmasını istəyir:

“Çünki sülh ilə bizə bütün torpaqlarımız qaytarıla bilməz. Bunu sübut edən əsas amil, ermənilərin Laçın, Kəlbəcər və Şuşada apardıqları abadlıq işləridir. Onlar sanki arxayındıarlar ki, bu rayonlar onlara qalacaq və rahat işlərini görürlər. Lakin işğal altındakı digər rayonlarda - Ağdamda, Füzulidə, Cəbrayılda bu işləri görmürlər.

Bəziləri də iddia edir ki, torpaqlarımız dinc yolla qaytarılacaq. Kim qaytaracaq? ABŞ, Rusiya, Fransa? Onlar həmişə ermənilərin yanındadır. Demək ki, Azərbaycan-Ermənistan dostluğu barədə nağıl danışmaq lazım deyil. Biz o zaman dostluqdan danışa bilərik ki, bütün işğalda olan ərazilərimiz azad olunsun və ermənilərin Qafqazda qalıb-qalmamaq məsələsi gündəmdə dursun”.

Dilavər Əzimli Türkiyənin bu məsələdə Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib:

“Azərbaycan ordusu son döyüşə girəcək. Bu döyüşü qardaş Türkiyə ordusu ilə birgə edəcək. O zaman bütün işğalda qalan ərazilərimiz qurtulucaq. Erməni dığaları bizim ordu qarşısında davam gətirə bilməz. O zaman Rusiya da onlara yardım edə bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu