1 Fevral 2019 15:54
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atəşhag Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni üzvlər seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qərar “Atəşgah Həyat Sığorta”nın səhmdarlarının yanvarın 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağınında qəbul edilib.

İH-nin yeni üzvləri Mahmud Mürsəl oğlu Səfərov, Xaqani Firdovsi oğlu Baxşəliyev və Yusif Rafiq oğlu İmamverdiyevdir. Onların şirkətdə uzun müddət çalışdıqları, eyni zamanda departament və idarə rəisi vəzifələrini tutduqları bildirilir.

Hazırda “Atəşgah Həyat Sığorta”nın İH-nə Azər Əmiraslan oğlu Əliyev sədrlik edir. Onun müavini isə Orxan Rasim oğlu Şirinlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər