1 Fevral 2019 16:30
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər