2 Fevral 2019 23:42
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər