3 Fevral 2019 00:14
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərimiz daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərlə keçirilmiş tarixi görüşdə Prezident İlham Əliyev onlara tövsiyələrini verdi, gənclərin qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirdi. Prezident İlham Əliyev çıxışında gənclər üçün yaradılan şərait, onların öhdəsinə düşən vəzifələrlə bağlı ətraflı məlumat verdi. Eyni zamanda, dövlətimizin başçısının çıxışında gənclərin həm vətənpərvər gənc kimi yetişmələri, həm öz üzərlərində çalışmaları, bilik və bacarıqlarını artırmaları baxımından mühüm fikirlər diqqətə çatdırıldı.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərtac-a müsahibəsində deyib.

Fərid Cəfərov tədbirdə, həmçinin ötən il uğurlu fəaliyyətləri ilə seçilən gənclərə Prezident Mükafatının təqdim olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu görüş həm gənclərin qarşıdakı dövr üçün fəaliyyəti, həm də onların dövlət tərəfindən qiymətləndirilməsi baxımından böyük stimul oldu.

“Artıq 22 ildir hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Hər il bu günlə bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Fondu tərəfindən bir sıra tədbirlər təşkil olunub. Bakı Konqres Mərkəzində “İntellektual Klubların Gənclər Kuboku” bilik yarışı keçirilib, Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı olub. Gənclər Günü ilə bağlı Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib”, - deyə Gənclər Fondunun rəhbəri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər