Güney Azərbaycanın Tikantəpə şəhərində valideyinlərinin Onur adı verdiyi uşağa 20 aydır şəxsiyyət vəsiqəsi verilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə uşağın atası Əli Hidayəti Feysbuk səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Tikantəpə Qeydiyyat Şöbəsi Onur adının idarəyə təqdim edilən siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Şöbənin əməkaşları Onur adına şəxsiyyət vəsiqəsinin verilməsi üçün İranın aidiyyəti qurumlarıdan icazənin alınmalı olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Alporhan, Şaman və Xaqan adı qoyulan azərbaycanlı uşaqlara şəxsiyyət vəsiqəsi verilmirdi. Lakin valideynlərin uzunmüddətli təkidindən sonra bu, mümkün olub.