4 Fevral 2019 18:18
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən hər birimizi Bərdədə küçədə tapılan iki körpə uşağın məsələsi narahat edir. Saytlarda ilk növbədə bu ağlasığmaz məsələnin həlli ilə bağlı xəbərləri axtarırıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı Bərdə rayonundan deputat seçilən Zahid Orucla danışıb. Z.Oruc həmkarına ananın stress vəziyyətdə bu addımı atdığını, onun rastlaşdığı problemin həlli üçün işlər görüldüyünü deyib.

Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər