6 Fevral 2019 09:45
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə gedib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin İnformasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən gün Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla birlikdə zəlzələ bölgəsinə gedib.

Hazırda yerli icra hakimiyyətlərinin rəhbərləri ilə zəlzələ nəticəsində baş verən dağıntılarla bağlı əraziyə baxış keçirilir. Həmçinin RSXM-nin əməkdaşları da bölgəyə ezam edilib.

Şamaxı rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı rayon icra hakimiyyətində komissiya yaradılıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.


Müəllif: Aytən

Oxşar xəbərlər