Lökbatan dairəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 7 fevral tarixindən etibarən Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.