Sabunçu rayonunda başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 kilometr uzunluqda yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.
Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.