29 Avqust 2014 11:46
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən təşkil olunan I Yay Məktəbi davam edir. 60 iştirakçını Mingəçevir şəhərinə bir araya toplayan layihənin əsas məqsədi iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdir.

6 komandaya bölünən iştirakçılara layihələrin idarə olunması, natiqlik və digər mövzularda təlimlər keçirilib. Yay Məktəbinin bağlanış mərasimində (29 avqust 2014) Gənclər və İdman naziri Azad Rəhimov, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov, tərəfindən nitq söylənəcək və layihələr qiymətləndirələcək.

Qiymətləndirmə əsasında ilk üç yeri tutmuş komandaların layihələri Təşkilat tərəfindən həyata keçiriləcək.

NIGAR


Müəllif:

Oxşar xəbərlər