7 Fevral 2019 13:41
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da artırmaq məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib. Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada “Nar” sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir.

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7,8,9 fevralda müştərilərə “Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər