Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsi rəisinin müavini təyin edilib.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunaraq Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib.
Qeyd edək, Natiq Qasımov Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.
***
11:33
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Xəzər rayon polis idarəsinin rəis müavini polis polkovnik-leytenantı Nizami Paşayev Şəki rayon polis şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Unikal.org-a Şəki rayon polis şöbəsindən məlumat verilib.