29 Avqust 2014 14:30
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qadınlar estetik problemi yaşadığı üçün sinələrini böyütmək arzusunda olsalar da, tərəddüd keçirirlər.

Qadınların bütün suallarına cavab olaraq, sinə əməliyyatları haqqında bilmədiklərinizi Dr. Reşat Altuğ Aktaş açıqlayıb.

Onun sözlərinə görə, sinə böyütməyin ən rahat və təhlükəsiz yolu elə silikon implantlar qoyulmasıdır : “İnsanın öz piyindən və ya digər təbii hesab olunan maddələrdən istifadə olunması o qədər də effektiv və qalıcı olmur. Ayrica silikon protezlər daha yumşaqdırlar, sinəni daha təravətli və gözəl göstərir. Mamoqrafiya etsəniz, onun hec bir toxumaya təsir göstəmədiyini görəcəksiniz. Üstəlik silikonların istəyə və zövqə uyğun kifayət qədər formaları da mövcuddur”.

Mütəxəssis eyni zamanda protezin necə və hardan yerləşdirilməsi lazım olduğunu da açıqlayıb. Onun sözlərinə görə, protez xəstəyə uyğun forma verilməsindən asılı olaraq, qol altında, döş altindan qoyula blər.

Silikon qoyulması uşaq əmizdirməyə heç bir maneə törətmir. Amma ümumilikdə teoretik olaraq əməliyyatdan sonra 6 ay müddətində hamilə qalınmaması məsləhət görülür.

Ülkər


Müəllif:

Oxşar xəbərlər