29 Avqust 2014 15:00
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" futbol klubunun növbəti dəfə qalib gəlməsi azərkeşləri küçələrə toplayıb. Hər kəs sevimli komandasının qalibiyyətini qeyd edirdi.

Hollandiyada yerli “Tvente” komandası ilə görüşdə inamli təsir bağışlayaraq adını Avropa liqasının qrup mərhələsinə yazan “Qarabağ” klubunun bu uğuru paytaxtda da böyük coşquya səbəb olub. Yerli futbolsevərlər oyundan sonra sevincləri Azadlıq Meydanına yığışaraq qeyd etdilər.

“Qarabağ”ın bu nailiyyətinə ürəkdən sevinən azarkeşlər hisslərini müxtəlif formada çatdırmağa çalşırdılar. Kimisi şuarlar səsləndirərək, kimisi də top götürüb oynayaraq.

“Qarabağ”ın azarkeşləri komandanın qrup mərhələsində də uğurlu oyunlar göstərəcəyinə əmin olduqlarını bildirdilər. Sonda isə yerli futbolsevərlər avtomaşınlarla paytaxtın əsas küçə və prospektlərinə yürüş etdilər.

Qeyd edək ki, bir həftə əvvəl paytaxta keçirilən ilk oyunda “Qarabağ” “Tvente” ilə qolu heç-heçə etmişdi. Cavab qarşılaşmasında isə qeydə alınan 1-1 hesabı komandamızı Avropa Liqasının qrup mərhələsinə yüksəltdi.

/anspress/


Müəllif:

Oxşar xəbərlər