29 Avqust 2014 15:18
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə sentyabrın 4-7-də Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı – Ali Dərəcəli Təşəbbüs reallaşdırılacaq. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun Ali Dərəcəli Təşəbbüsünün əsas məqsədi Avropada və ona qonşu olan daha geniş coğrafiyada təhlükəsizlik mühitinin gücləndirilməsi, xüsusilə də dondurulmuş münaqişələrin həlli üçün yeni metodların tapılmasıdır. Təşəbbüs müəllifləri hesab edir ki, mövcud nizamlama normativlərinin yararsızlığı artıq özünü bütün dünyada göstərməkdədir.

Toplantının işində Latviya, Finlandiya, Albaniya, Serbiya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Türkiyə, Ukrayna, Gürcüstan, Misir, Liviya, Andorra kimi ölkələrin rəhbərlərinin iştirakı planlaşdırılıb. Toplantı ilə bağlı Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri və Andorranın sabiq baş naziri Oskar Ribas arasında işçi görüş keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər