Azərbaycan boyakarı, xalq rəssamı Altay Hacıyev dünyasını dəyişib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. Qeyd olunub ki, 87 yaşlı aktyor həyatını itirib.
Xatırladaq ki, A. Hacıyev 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olub.
Rəssamın bir neçə fərdi sərgisi təşkil keçirilib. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri təşkil olunub./Qafqazinfo.az/