13 Fevral 2019 18:14
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiya, eləcə də Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, tədbirdə Baltik dövlətlərinin birgə qaz və elektrik enerjisi bazarları, 2021-2027-ci illər üzrə Avropa İttifaqının illik Maliyyə Çərçivəsinə dair Baltik dövlətlərin vahid mövqeyi, dayanıqlı mobillik, nəqliyyatın təhlükəsizliyi, intellektual nəqliyyat sistemi sahəsində qabaqcıl innovativ layihələr, birgə rüsum sisteminin təqdimatı məsələləri və bununla bağlı Baltik Assambleyasının tövsiyələri müzakirə olunacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər