15 Fevral 2019 01:54
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın məşhur ulduz falları portalı "Horoscope" və "Astrology"yə istinadən günün qoroskopunu təqdim edir.

Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır.

İşdə rəhbərliklə münasibətləri korlamayın.

Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün deyil. Şəxsi münasibətlər müstəvisində səhv ehtimalı böyükdür. Nəzərdə tutulmamış vizit ola bilər. Qonaqlar çox qalacaqlar.

Buğa - Münaqişəli, gərgin gündür. Yaranan problemlərə əhəmiyyət verməməyə çalışsanız da, alınmır. Yaşananları ürəyinizə salmayın. Etibara layiq olmayan adama inanmayın. Əks təqdirdə fırıldaq və ya intriqa qurbanına çevrilərək əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.

Mühüm qərarları özünüz qəbul edin. Məsləhətlərə kor-koranə əməl etməyin, başqalarının dediklərinə dərhal inanmayın. Böyük müqavilə və ya ciddi anlaşma, habelə alış-veriş üçün əlverişli gün deyil.

Qənaətcil olun.

Əkizlər - Əsas diqqəti məişət qayğıları və şəxsi işlərin çözülməsinə yönəldin. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişə bel bağlamağa dəyməz. İşiniz kommersiya ilə bağlıdırsa, ehtiyatlı olun. Xərclər olacaq. Böyük məbləğdə məsrəfi əvvəlcədən təxminləmək asan deyil. Sayıq və sərvaxt olmasanız, ciddi məbləğdə pul itirə bilərsiniz. Alış-veriş üçün məsləhətli gün deyil.

Sizə əziz insanların xətrinə dəyməyin, onları incitməyin. Sevdiyiniz şəxslə təmaslarda diqqətli olsanız, bütün çətinlikləri dəf edə biləcəksiniz. Axşam saatlarına yaxın yorğunluq özünü göstərəcək. Səhhətdə problem, xroniki ağrının kəskinləşməsi riski var.

Xərçəng - Yaşam potensialı səviyyəsi yüksəkdir. Eyni vaxtda bir neçə işlə məşğul olsanız da, çox yorulmayacaqsınız. Qeyri-standart düşünün, orijinal qərarlar qəbul edin. Belədə bir sıra problemləri sürətlə həll edə biləcəksiniz. Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq.

Uzunmüddətli planlar qura bilərsiniz. Onları reallaşdırmaq üçün yollar arayın.

Dəyərli məlumatın əldə edilməsi, köhnə tanışlardan önəmli xəbərin alınması istisna deyil. Sərfəli anlaşma, müqaviləyə nail ola bilərsiniz.

Alış-veriş uğurlu olacaq.

Şir - Kiçik problemlərə rəğmən uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi pərişanlığa səbəb yoxdur. Sevinc önəmli və uzunmüddətlidir. İndiyədək öhdəsindən gələ bilmədiyiniz problemləri bu gün tezliklə həll etmək imkanlarınız var.

Yaxınlarınızla təmaslar üçün əlverişli zamandır. Uzun zamandan bəri demək istədiyiniz, amma söyləyə bilmədiyiniz həqiqətləri dilə gətirin. Narahat olmayın, sizi anlayacaqlar. Rəğbət bəslədiyiniz şəxsi görüşə dəvət etmək üçün əlverişli gündür.

Axşam saatlarında aktiv istirahəti seçin.

Qız - Bütün problemləri ani həll etmək iqtidarında olduğunuzu düşünərək yanılmayın. Əslində hər şey göründüyü kimi olmadığından tələsik, düşünülməmiş qərar qəbul etməyin.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanların yanında özünüzü narahat hiss edəcəksiniz. Köhnə dostlarla münasibətlər də rəvan deyil.

Bu səbəbdən ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.

Peşəkar fəaliyyətinizin perspektivləri ilə bağlı düşünmək üçün yaxşı gündür. Qarşınızda yeni qapılar aça biləcək insanlarla danışın. Şəxsi münasibətləri işgüzar təmaslara qatmayın. Bu, yaxşı heç nə vəd etmir.

Tərəzi - Günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişli gündür. Çətinliklər sizi qorxutmasın. Mürəkkəb, müşkül məsələnin həlli üzərində baş sındıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları yarana bilər. Amma az sonra onlar məntiqlə çıxış etdiyinizi anlayacaqlar.

İntuisiya güclüdür və onun sayəsində siz irəliyə hərəkətinizə mane olan sədlərdən qurtulacaqsınız. Qeyri-formal şəraitdə peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə etmək olar.

Günün ikinci yarısının emosional fonu əlverişli deyil. Təmaslarda çətinliklər yarana bilər. Yaxın ətrafınızdakı insanlarla müqayisədə özünüz barədə daha çox düşünürsünüz. Bu aşkar göründüyündən problemlər yarana bilər.

Əqrəb - Emosional fon çox qeyri-stabildir. Bu isə durumu çətinləşdirir. Yalnız öz maraqlarınızı düşünməyin, təşəxxüslü və eqoist davranmayın. Vədlər və öhdəliklərinizi unutmayın.

Genişmiqyaslı və ciddi işə başlamağa dəyməz. Bu işi başa çatdıra bilməyəcəksiniz.

Günün maliyyə fonu əlverişli deyil. Gəlirlər az olacaq. Anlaşma və sövdələşmələri təxirə salın. Yaşlı qohumlardan biri ilə ciddi fikir ayrılıqları yarana bilər. Təmasları gərginləşdirməyin.

Oxatan - Eksperimentlər aparın. Qəfil, gözlənilməz, cəsur ideyalar yaranır. Çətin olsa da, onların bəzilərini reallaşdırmağa çalışın. İndiyədək yalnız peşəkar fəaliyyət müstəvisində təmaslarınız olduğu insanla dostlaşa bilərsiniz.

Maliyyə baxımından əlverişli gündür. Gəlirləriniz gözləntilərinizdən də artıq ola bilər. Yaşlı qohumlar və ya köhnə dostlardan biri sizə səxavətli hədiyyə verə bilər. Xoş sürpriz istisna deyil.

Oğlaq - Ciddi və mühüm işə başlaya bilərsiniz. İntellektual potensial səviyyəniz yüksəkdir. Ətrafınızdakı insanları fikir və planlarınızın dərinliyi, məntiqi ilə heyrətləndirə bilərsiniz.

İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər. İllüziyalara və xəyallara qapılmayın. Praktik, soyuqqanlı olun, praqmatik davranın. Maliyyə itkiləri istisna deyil. Bugünkü anlaşma, sövdələşmə və ya danışıqlar ümid etdiyiniz nəticələri verməyəcək.

Yaxınlarınızla ünsiyyət zamanı səbrli və həssas olun.

Dolça - İmkanlar və şanslardan yararlanmağa çalışın. Adi günlərlə müqayisədə daha ətalətli və süst olmayın. Belə davranış əhvalınızı pozacaq, sizi dözülməz və qıcıqlı edəcək. Maliyyə vəsaiti ilə maksimal dərəcədə ehtiyatlı davranın. Gərəksiz əşyalar almayın, riskli anlaşmalara qatılmayın. Pullarınızla risk etməyin.

Günün ikinci yarısı sizi sevindirəcək. Qəfil sürpriz, çoxdan gözlənilən hədiyyə və ya görüş ola bilər. Qonaq qəbul etmək üçün yaxşı zamandır.

Balıqlar - Dostlar, həmfikirlər və müttəfiqlərlə ünsiyyətdə yeni fəaliyyət planı hazırlaya bilərsiniz. Problemlərinizin bir qismini çözmək üçün nüfuzlu şəxsdən kömək istəməkdən utanmayın. Lakin bilin ki, bu gün göstəriləcək xidmətlərə görə ətrafınızdakı insanlardan birinə sonradan "borc qaytarmalı" olacaqsınız.

Ailə üzvləri və yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yarana bilər. Fəqət çətin situasiyada soyuqqanlı olun. İstənilən problemi münaqişəyə varmadan həll etmək mümkündür.

Maraqlarınızın bir qismini qurban verərək sakitlik və səbatlılığa nail olun.

Axşam saatlarında aktiv istirahəti seçin.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər