29 Avqust 2014 17:43
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanına binanın damından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər