29 Avqust 2014 17:43
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və AMEA İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirməkdədir.

İnsan Hüquqları İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb.

Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulmuş qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

Tədqiqatçı bununla əlaqədar aidiyyəti qurumlarla görüşlər keçirib, İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə qaçqın və məcburi köçkünlər üçün salınmış Binəqədi rayonunda yerləşən şəhərciyi ziyarət edib və orada yaşayan ailələrə dövlət tərəfindən edilən yardım eyni zamanda göstərilən dəstəklə tanış olub.

AİDA və AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.

SEVİL


Müəllif:

Oxşar xəbərlər