15 Fevral 2019 14:10
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də ölkənin ən mötəbər sərgi salonlarından olan “Muzey mərkəzində” rəssam Nərmin İbrahimovanın “Məni anla” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, sərgi xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovun çıxışı ilə başlayıb. Xalq rəssamı təmsil etdiyi təşkilatın və həm də Mədəniyyət Nazirliyi adından sərgi müəllifini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin, Ağaəli İbrahimov Nərmin xanımın rəsmlərindəki dərin məna çalarlarının nə dərəcədə təsirli olduğunu da xüsusi qeyd edib. Tədbirdə digər natiqlərin çıxışçılardan sonra qırmızı lent kəsilib və sərgi qonaqlara açıq elan edilib.

Onu da qeyd edək ki, 3 gün davam edəcək rəsm sərgisinin ilk günündə böyük sənətsevərlər rəssamın 70 dən artıq rəsm əsərinə tamaşa ediblər. Sərgidə izdiham yaşanıb. Müxtəlif yaş keteqoriyasından olan tamaşaçılar rəssamın əsərlərini maraqla izləyiblər.

Xatırladaq ki, rəssam-stilist Nərmin İbrahimova tanınmış teleaparıcı Turan İbrahimovun xanımıdır. O da sərginin yüksək səviyyədə keçdiyini bildirib və bu yolda həyat yoldaşına uğurlar arzulayıb, eləcə də daim dəstəyini əsirgəməyəcəyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər