16 Fevral 2019 19:11
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilərdə rast gəlinən prostat vəzin şişi və iltihabı zamanı müəyyən bitkilərdən istifadə faydalıdır.

Teleqraf.com bu bitkilər haqqında məlumat verir.

Brokoli prostat və sidik yolları iltihabına qarşı ən yaxşı müalicə vasitəsidir. Amerika və Avropada çox sevilən brokolidən ölkəmizdə yeni-yeni istifadə etməyə başlayıblar.

Balqabaq tumunun içərisindəki maddə xərçəngə qarşı xeyirlidir. Xoş xassəli prostatın böyüməsini də önləyir.

Yaşıl çaydakı kateşin adlı maddə xərçəng hüceyrələrini seçib məhv edir. Həkimlər yaşıl çayı prostat xəstələrinə tövsiyə edirlər.

Kiçik palma ağacının toxumlarından hazırlanan və apteklərdə satılan çaylar bəd və xoş xassəli prostatlara xeyirdir. Qasıq ağrılarını ortadan götürən çay eyni zamanda iltihablanma zamanı da istifadə oluna bilər.

Balıq yağının tərkibindəki omeqa-3 özünün mineral və vitaminləri ilə prostat xərçəngi riskini azaldır.

Sidik yollarını təmizləyərək həzm sisteminə kömək edən gicitkən tərkibindəki birləşmələrə görə xərçəngli hüceyrəni məhv edir. Araşdırmalara görə, prostat xəstələrində PSA səviyəsini ən azı 100-də 50 azaldır.


Müəllif: Aytən

Oxşar xəbərlər