17 Fevral 2019 12:31
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmalar dünyada intiharların 1990-cı ildən bu yana üçdə bir dəfə azaldığını ortaya çıxarıb.

Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələri “BMJ” jurnalında dərc olunub.

Düşüncə təşkilatı Sağlamlıq və Ölçmə Qiymətləndirmə İnstitutunun hər il apardığı araşdırma zamanı qlobal ölüm nisbətləri ilə bağlı dəyərləndirilmə aparılır və ortaya nəticə qoyulur.

Tədqiqatçılar 2016-ci ildə 817 min insanın intihar etdiyini təxmin edir. Bu 1990-cı ilə görə yüzdə 6,7 faizdən daha artıq olmasına baxmayaraq dünya əhalisinin sürətli artmasının səbəbi ilə intiharlar yüzdə 37,7 faiz azalıb.

Araşdırmada 15-19 yaş arasındakı kişilərdən başqa dünyada həyatına son verən kişi sayının qadından artıq olduğuna da diqqət çəkib. Buna görə də kişilərin intihar faizi hər 100 min kişidə yüzdə 15,6 faiz təşkil etdiyi halda qadınlarda yüzdə 7 faiz olub.

Dünya Sağlamlıq Təşkilatı intihar hadisələrini ciddi bir xalq sağlamlığı problem olaraq qeyd edərək, hər il ən azı 800 min insanın həyatına son verdiyini təxmin edir.

Qeyd edək ki, Dünya Sağlamlıq Təşkilatı qlobal intihar hadisələrini 2020-ci ilə qədər yüzdə 10 azalmağı hədəfləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər