18 Fevral 2019 16:25
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun Teleqraf.com-a verdiyi məlumata görə, bu vəzifəyə Elnur Heydərov gətirilib.

Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.


Müəllif: Aytən