19 Fevral 2019 13:36
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İllinoys ştatının Skokie şəhərinin meri Corc Van Dusen tərəfindən 26 fevral 2019-cu il tarixinin “Xocalı Faciəsinin Anım Günü” elan edilməsi barədə bəyanat verilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumata görə, bəyanatda ölkəmizin Dağlıq Qarabağ regionunda 1988-ci ildən etibarən həyata keçirilən işğal və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq Ermənistan hərbi qüvvələrinin 1992-ci ilin 25 və 26 fevral tarixlərində rusların 366-cı alayının iştirakı ilə Xocalını işğal edərək mühasirəyə alması qeyd olunur.

Ərazini tərk etməyə çalışan mülki əhalinin atəşə tutulması nəticəsində həmin dövrdə Avropanın ən böyük qırğınının həyata keçirildiyi vurğulanır. C.Dusen bəyanatda 106-sı qadın, 83-ü uşaq və 70-i yaşlı olmaqla 613 mülki şəxsin öldürülməsi, 150 insanın itkin düşməsi, 487 nəfərin yaralanmasını təəssüf hissi ilə qeyd edir.

Bəyanatda Xocalı faciəsi müharibə zamanı törədilə bilən ən dəhşətli qığın kimi qiymətləndirilir.

Bəyanatda, həmçinin Ermənistan qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməməsi, BMT Baş Assambleyasının, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Amerika-Azərbaycan Şəbəkəsi, o cümlədən, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər