20 Fevral 2019 12:53
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyərli jurnalist soydaşımız Fuad Abbasovun Moskvada azərbaycanlılarla çeçenlər arasında münaqişəni qızışdırmaq istəyən qüvvələrə qarşı atdığı addımlar həqiqətən təqdirəlayiqdir. Fuad bəy dərhal hər iki xalqın təmsilçilərini bir araya gətirərək, münaqişənin qarşısının alınmasında çox mühüm iş gördü.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O qeyd edib ki, Fuad Abbasov sonradan bu münaqişənin arxa planında duran erməni izini ifşa edib:

“Ardınca İrəvanda keçirilən Lazerev klubunun toplantısında Bakını “İskəndər” raketləri ilə bombalamağı təklif edən klubun üzvü, Azərbaycanın qatı düşməni olan ermənipərəst hərbi ekspert Vladimir Yevseyevi çətin duruma salan davranış sərgilədi. Bu, bilirsiniz nə deməkdir? Azərbaycan üçün bir nəfər ürəkli Vətən övladının bir neçə qurumun minlərlə ürəksiz, maaşlı işçisindən daha böyük və faydalı işlər ortaya qoya biləcəyini göstərdi.
Əsas Vətənə təmənnasız sevginin olmasıdır, ardınca təklikdə də elə işlər görərsən ki, bunu xüsusi tapşırıq və ya geniş imkanlarla etmək mümkün olmaz”.

Jurnalist Fuad Abbasovun fevralın 15-də çəkmiş olduğu sözügedən videonu təqdim edirik.


Müəllif: Səxavət