24 Fevral 2019 09:24
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda son vəziyyətlə bağlı məlumat yayıb.

Departamentdən Teleqraf.com-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindəki çaylarda sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsinin çaylarında isə 60-80 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində də 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 54 kubmetr təşkil etməklə ongünlük normanın 71 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 3 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403, Şirvanda 275, Salyanda 231, Bankədə 215, Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetrə bərabərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər