Qastroentoloq Fateh Türkü İstanbulda klinikalardan birində müayinə etdikdən sonra həkimlər onun sol gözündə əməliyyat edilməsi ehtiyacının yarandığını bildiriblər.
Teleqraf.com xəbər verir ki, qulaq, burun və boğaz həkimi Fateh Türk əməliyyatdan sonra özünə diqqət edərkən onu dəhşət bürüyüb.
Bəlli olub ki, onun xəstə yox, sağlam sağ gözünü əməliyyat ediblər.
Onun gözü həkim həmkarı, professor Banu Coşar tərəfindən əməliyyat olunub.
Bu qalmaqallı hadisə klinika tərəfindən mümkün qədər gizli saxlanılıb.
Buna baxmayaraq əməliyyatdan sonra sağlam gözünün zədələnərək görmə qabiliyyətini nisbətən itirdiyi və başqa problemlərə yol açdığı üçün Fareh Türk prokurorluğa şikayət edib.
Professor Banu Coşar isə əməliyyata girdiyi zaman sol gözün əməliyyat ediləcəyini bildiyini, lakin sağ gözündə bir narahatçılıq gördüyü üçün bu gözü də əməliyyat etmək məcburiyyətində qaldığını söyləyib.