Bu gün aldığım informasiyaya görə, Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bürosu olan "Sputnik Azərbaycan"da ciddi kadr dəyişikliyi olub.
Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli yayıb. D.Əzimli bildirib ki, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu milli bir insandır: "Mətin Yaşaroğlunun vəzifəsindən uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə yaxın saatlarda aydınlıq gətiriləcəkdir".