Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün sabah İspaniyanın Qrenada şəhərinə səfərə edəcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə sosial şəbəkələrin insan hüquqlarına mənfi təsiri, media sahəsində yeniliklərin tətbiqi, milli mədəni irsin qorunması və bir sıra təşkilatı məsələlərə baxılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.