2 Mart 2019 10:11
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanuna uyğun müvafiq tədbirlər görülüb.

Reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və onlardan 20-nin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda, həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər