Son günlər ərzində prezident tərəfindən çox əhəmiyyətli qərarlar qəbul edilir. Bu gün ölkədə həyata keçirilən islahatların analoqu yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
"Vətəndaşların problemli kreditlərinin həll edilməsi ilə bağlı imzalanan fərman adi bir məsələ deyil. Bu onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlət kimi formalaşıb.
Bu gün ölkəmizdə inkişaf, sabitlik müşahidə edilir. Qafqaz bölgəsində və müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, bu cür qərarların qəbulunu tarixi nailiyyət və Prezidentin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirməliyik".