2 Mart 2019 14:45
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Kənd Təsərrufatı Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kənddən şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, (köhnə avtovağzalda) keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov satış yarmarkasının işi ilə tanış olublar.

Satış yarmarkası mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün ayrılmış yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçiriləcək.

Təşkil olunan yarmarkalarda azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. Həmçinin,“Kənddən şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər