3 Mart 2019 00:48
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidentinin ədəbiyyat, mədəniyyət xadimləri ilə görüşü çox anlamlı və səmimi idi. Qaldırılan məsələlərə prezidentin reaksiyası da dəqiq, istəkli və anlayışlı idi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, qaldırılan məsələlər onu göstərdi ki, Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri özlərindən başqa təmsil etdikləri sahənin problemlərini unudublar: "Təkcə Bəhram bəyin Hacı Zeynəlabdin Tağıyevlə bağlı qaldırdığı məsələ ictimai məzmun daşıyırdı. Necə oldu ki, ötən ay Milli Məclisdə qaldırdığım bir məsələ ədəbiyyatçıların yadına düşmədi? Kitablardan, çap məhsullarından, mətbəə avadanlıqlarından əlavə dəyər vergisinin götürülməsini niyə ən vacib məsələlərdən biri olaraq qaldırmadılar? Məgər kitabın, mütailənin taleyi barədə düşünmək istəmirlər? Uşaq teatrının acınacaqlı durumunu da dilə gətirən olmadı. Axı prezident imkan yaradıb ki, öz sahənizə aid aktual məsələləri qaldırın, yenə də şəxsi məsələlər qabardılmağa başlandı... Hər bir halda belə bir görüşlərin keçirilməsi olduqca vacibdir. Bu ölkədə ədəbi, mədəni mühitin canlanmasına təkan verə bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər