İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən olunmasını təklif edir.
Teleqraf.com xəbər verir ki, bu, ombudsmanın "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.
Məruzədə təklif edilir ki, əlillik şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilsin və buna uyğun müvafiq sosial dəstək tədbirləri həyata keçirilsin.
Bununla yanaşı, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılması təklif edilir.
Ombudsman eləcə də təklif edir ki, əlilliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlilliyi olan uşaqlara hər iki hala görə müavinət verilsin.