Ağdaş rayonunun Hapıtli kəndində dərman veriləndən sonra qoyunlar ölüb.
Kənd sakini Qabil Əliyev iddia edir ki, fərdi təsərrüfatında olan qoyunlarına Ləki qəsəbəsindən baytarlıq aptekindən qurd xəstəliyi əleyhinə dərman alıb. Hər şey də bundan sonra olub.
Onun təsərrüfatında olan 90 baş qoynundan 15-i tələf olub, yerdə qalanlar hələdə təhlükə altındadır.
Rayon baytarlıq idarəsinin Hapıtli kənd sahə baytar həkimi Əlyusif Məmmədov bu faktı təsdiqləyib. Onun sözlərinə görə vətəndaşa məxsus 12 baş ana qoyun və üç quzu tələf olub. Baytarlar nümunələr götürərək labaratoriyaya göndərib.
Bayralıq aptekinin satıcısi isə həmin dərmanın istifadəyə yararlı olduğunu bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.